6 Fevral 2025 13:47
2 646
Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365