13 Fevral 2025 15:03
2 534
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən keçmiş məktəb direktoru Fəxrəddin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqiləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası fevralın 27-nə təyin olunub.
Xatırladaq ki, Fəxrəddin Həsənov Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365