25 Fevral 2025 10:00
2 226
Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Məlumata əsasən, nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.
"BDYPİ yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək hər birimizin təhlükəsizliyinin təminatıdır", məlumatda deyilir.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372