28 Fevral 2025 21:26
2 821
Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Mercedes” markalı, 77-XX-911 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nuran Fətullayev Lökbatan qəsəbəsi ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Xalqcebhesi.az-a bildirilib ki, sürücü barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Fətullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365