4 Mart 2025 17:18
2 331
11:45
Asan İmzanın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib.
Bu barədə Xalqcebhesi.az-a "Azercell"dən bildirilib:
Asan İmza xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir" - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir neçə gündür ölkədə Asan İmza sistemi ilə bağlı problem yaranmışdı. Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün olmurdu.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372