6 Mart 2025 17:12
2 485
Hacıqabulda çay evi yanıb.
Bu barədə Xalqcebhesi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli mansard tipli obyektin mansardında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi 220kv.m. olan ikimərtəbəli obyektin mansardının yanar konstruksiyaları 110 kv.m. sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372