Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı Hadisə

Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarda texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün sərnişin sürət qatarlarında gecikmələr baş verib.

Bu barədə Xalqcebhesi.az-a ADY-dən məlumat verilib.

"Bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub", - ADY-dən bildirilib.