1 Aprel 2025 12:10
2 415
Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıb.
APA DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində yerləşən 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365