4 Aprel 2025 09:21
2 394
Biləsuvarda baş verən qəzada yaralanan şəxs xəstəxanada ölüb.
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə Biləsuvar rayonunda qeydə alınıb.
Belə ki, “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, Biləsuvar sakini 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Səhər saatlarında həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372