4 Aprel 2025 14:35
2 702
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası” və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı vasitəsilə təmin edilir. Əcnəbilərin Portala daxil etdikləri müraciətlərinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılır. Qiymətləndirilmə ölkənin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətləri nəzərə alınaraq, yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı
ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqlarının dəyərləndirilməsini nəzərdə tutur.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365