7 Aprel 2025 23:35
2 226
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Daşkəsən rayon sakini A.Abbaslıya əl nahiyyəsindən kəsici-deşici alətlə xəsarət yetirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 28 yaşlı Şahin Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365