14 Aprel 2025 23:23
2 261
Sərhəddə guya Azərbaycan Ordusunun bu gün atəşkəsi pozması haqda iddiaları sərhəddə yerləşən Nerkin Hand (Qafan) kəndinin inzibati rəhbəri Xaçatur Baqdasaryan da təkzib edib.
Xalqcebhesi.az xəbər verir ki, o, erməni mediasına açıqlamasında heç bir atışma olmadığını bildirib.
“Nə atəş səsi eşitmişik, nə də kənd istiqamətində atışma olub”, - Bağdasaryan deyib.
Buna baxmayaraq, o, iradını da səsləndirib, vurğulayıb ki, daha iki donuz iki gün öncə sərhədə yaxın ərazidə minaya düşərək, parçalanıb:
“Kənddə minalardan mal-qara qalmayıb, yalnız bir neçə donuz var, bizim ümumiyyətlə inəyimiz yoxdur, minalarda hamısı partlayıb”.
Qeyd edək ki, ermənilərin heyvanları öz əsgərlərinin basdırdığı minalara düşür.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 358