16 Aprel 2025 15:41
2 793
Leysan yağışları Pirsaat çayında daşma təhlükəsi yaradıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aramsız yağan leysan nəticəsində mənbəyini Şamaxı rayonunun dağlıq ərazisindən götürən Pirsaat çayında hazırda bol sululuq müşahidə edilir. Çayın Hacıqabul rayonunun ərazisindən keçən hissəsində, əsasən Qubalı Baloğlan kəndi və Udulu ərazi vahidinə daxil olan kəndlərdə çayın daşma təhlükəsi gözlənilir.
Hacıqabul İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar komissiyasının sədri Saleh Ələskərovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, hazırda Pirsaat çayında daşma təhlükəsi gözlənildiyindən Pirsaat su anbarı əvvəlcədən boşaldılıb. Baş verə biləcək daşqının qarşısının alınması üçün kəndlərə tenxnika və çanlı qüvvə gətirilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365