18 Aprel 2025 10:33
2 268
Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib.
"APA-Economics" xəbər verir ki, bunu DGK sədrinin müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.
'Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq" - deyə Güloğlan Muradlı qeyd edib.
25 Mart 17:27
1 351
25 Mart 15:08
1 372
25 Mart 15:03
1 386