29 Aprel 2025 13:42
2 345
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-da Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, Fəxri xiyabanda nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.
Səfər çərçivəsində İtaliyalı parlamentarilər Bakıda Zəfər parkına gələrək abidə önünə gül dəstələri düzüblər, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıblar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365



