30 Aprel 2025 12:41
2 639
Lənkəranda evdən qadın meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ləj kəndində baş verib.
Kənd sakini 1989-cu il təvəllüdlü Nigar Heydərovanın meyiti yaşadığı ünvanda aşkarlanıb.
İlkin məlumata görə, 36 yaşlı qadın intihar edib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
25 Mart 17:27
1 351
25 Mart 15:08
1 372
25 Mart 15:03
1 386