XTQ-in gücü və hazırlığı əvvəlki illərlə müqayisədə necə dəyişib? – QAZİ-dən açıqlama! Hadisə

XTQ-in gücü və hazırlığı əvvəlki illərlə müqayisədə necə dəyişib? – QAZİ-dən açıqlama!

Aprel 30-da Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranmasından 26 il ötür. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ), 30 aprel 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb və o vaxtdan bəri ölkənin ən güclü hərbi birləşmələrindən biri halına gəlmişdir. XTQ-nin yaradılması Azərbaycanın hərbi gücünü artırmaq və xüsusi əməliyyatlar həyata keçirmək məqsədilə strateji bir addım olaraq qəbul edilib. Bu qüvvə, hərbi əməliyyatlarda yüksək peşəkarlıq nümayiş etdirərək, müxtəlif şəraitlərdə və müharibə zonalarında uğurlu missiyalar yerinə yetirib. Xüsusi Təyinatlı Qüvvələrin rolunun əhəmiyyətli olduğu məqamlardan biri, xüsusən 2020-ci ilin Vətən müharibəsində özünü göstərdi. AXC TV-nin "Azad meydan" verilişində sualları Vətən Müharibəsi iştirakçısı, qazi Bəhruz Məmmədzadə cavablandırıb. Ətraflı videoda: