
Netanyahunun Bakıya səfəri təxirə salındı
3 May 22:00
"2025-ci ilin may ayının 1-dən etibarən rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi “Bələdiyyə vətəndaş münasibəti: Yeni tələblər” layihəsinə başlayıb.
Layihə 3 ay ərzində 3 bələdiyyədə tədbirlərin keçirlməsi nəzərdə tutulub. Həmçinin də 3 ay ərzində internet televiziyasında 4 maarifləndirici verlişlərin təşkil ediləcəyi planlaşdırılır”.- bu fikirləri mətbuata ƏHD Partiyasının sədr müavini, AXC TV-nin baş redaktoru, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, layihənin əsas istiqaməti Azərbaycanda fəaliyyət göstərən yerli özünü idarəetmə orqanı olan - bələdiyyələrlə vətəndaş münasibətinin yeni mərhələsini təşkil etmək olacaq:”Əvvəlcə təşkilatımız adından QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə və əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Dövlət Dəstəyi Agentliyi bu il də Azərbaycanın ən vacib və proriteti istiqamətləri ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə dəstək olubdur. İstər dövlət və milli maraqlatımızın müdafiəsi olsun, istərsə də sosial istiqamətdə yazılan layihələrin dəstəklənməsi. Bizim layihəmizə gəldikdə isə, bəli olduğu kimi Azərbaycanda bələdiyyələrin yaranmasının 34 illik tarixi var. İlk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Həmin ildə 2700 bələdiyyə subyektləri olmasına baxmayaraq, artıq bələdiyyələr birləşərək sayı 685 endirilib. Bu gün bələdiyyələrə 8071 bələdiyyə üzv seçilir. Vaxtı ilə bu rəqəm 21 000 artıq idi. Bizim təşkilatın nizamnəməsinin əsas istiqamətlərindən biri də bələdiyyə institutunun Azərbaycanda inkişafına yarxında töhvə verməkdir. Bu ilki layihəmiz də bır sıra bələdiyyələrdə görüşlər keçirmək və layihəmizdə nəzərdə tutulan icra planını həyata keçirmək olacaq.”
QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, layihə 3 ay ərzində fəaliyyət göstərəcək:” Layihəmizdə ən azı 100-dən artıq şəxsin iştirakı gözlənilir. Tədbirlər və görüşlər əsasən bələdiyyələrin inzibati binasında bələdiyyə rəhbərləri ilə yanaşı , bələdiyyə üzvlərinin, bələdiyyə quluqçuların və bələdiyyə ərazisində yaşayan vətəndaşların birgə iştirakı ilə keçiriləcək. Əsasən Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrdə görüşlərin keçirilməsini planlaşdırırıq. Bildiyiniz kimi bir neçə ay bundan öncə 6-cı bələdiyyə seçkiləri keçirilib. Yeni bələdiyyə sədrlərin və yeni üzvlərin təmsilçiliyi baş tutub. Bizim layihəmiz əsasən bələdiyyə ilə vətəndaş arasınrda sıx münasibətlərin qurulması istiqamətində maarifləndirmə işini təşkil etmək olacaq. Həmçinin də tanınmış ekspertlərlə bu isitqamətdə internet televiziyasında müzakirələr aparmaq olacaq. Vətəndaş Cəmiyyətinin nümayəndəsi kimi çox arzusundayıq ki, Azərbaycanda bələdiyyələr daha geniş səlahiyyətə sahib olsun. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi. O cümlədən qardaş Türkiyədə fəaliyyət gösətərən bələdiyyələr geniş səaliyyətə, imkana malikdir. Faktiki Azərbaycanda bələdiyyələrin geniş səlahiyyət imkanları yoxdur. Ümid edirik ki, növbəti illərdə bu istiqamətdə önəmli qərarlar qəbul olunacaq. Sonda onu da bildirim ki, təşkilatımızın keçirdiyi layihə haqqında 3 ay müddətində intensiv olaraq yerli mətbuatda, sosial şəbəklərdə və internet televizyalarda məlumatlar yayılacaq. “