

Mayın 12-də Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçiriləcək.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra strukturlarının nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edəcəklər.
Konfransda Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətlərinin önəminə toxunulacaq, o cümlədən dini azadlıqların təmin olunması və dini radikalizmlə mübarizə istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, konfrans çərçivəsində Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto-sərgi də təşkil ediləcək.
Cavid