“Böyük Qələbənin varisləri” kitabında hansı qəhrəmanlıqlardan bəhs olunur – Müəllifdən açıqlama Hadisə

“Böyük Qələbənin varisləri” kitabında hansı qəhrəmanlıqlardan bəhs olunur – Müəllifdən açıqlama

"Böyük Qələbənin varisləri" kitabının müəllifi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdımaçı-jurnalist Fuad Hüseynzadə AXC TV-nin "Azad meydan" verilişində ərsəyə gətirdiyi kitabla bağlı fikirlərini bölüşüb.  O, kitabın faşizm üzərində Qələbənin 80 illik yubileyi münasibətilə dərc olunduğunu deyib: "Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan kitabda Azərbaycanın müharibəyə verdiyi töhfələr, xalqımızın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdəki iştirakının əhəmiyyəti geniş şəkildə təhlil olunur. Burada əsasən Böyük Qələbənin varisi olan xaricdəki azərbaycanlıların qəhrəman ata-babalarının həyatı və döyüş yolu xüsusi olaraq təqdim edilir. Bununla yanaşı, qəhrəman babaların nəvə-nəticələrinin Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında rolu xüsusi vurğulanır. Kitab, həmçinin tarixi yaddaşı və müharibə irsini gələcək nəsillərə ötürmək və qəhrəmanların təbliğinə töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, kitab qəhrəmanlıq irsinin davam etdirilməsi üçün gələcək nəsillərə nümunə kimi təqdim edilməsinə xidmət edir. Bu kitabda İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsinin qəhrəmanları sintezli şəkildə təqdim edilməklə qəhrəmalığın xalqımızın gentikasına xas olması göstərilib. Bu, bir növ insan kapitalı üzərində brendləşməyə xidmət edəcək. Müharibədə şüacət göstərən azərbaycanlıları beynəlxaq ictimaiyyətin nəzərinə çatdırımaqa bildirmək istəyirik ki, Azərbaycanın brendi onun insan kapitalıdır, qəhrəmanlarıdır…" Daha ətraflı videoda: