

Naxçıvan şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, qəza Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı 75-BN-886 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə 67-BL-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Qəza zamanı 1 nəfər xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, hadisə yerinə polis əməkdaşları cəlb olunub.