

16 May 18:03
16 May 18:01
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
***
17.32
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
17.06
Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.
FHN-dən Xalqcebhesi.az-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.