20 May 2025 15:05
2 646
20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Etilen-polietilen zavodundan bildirilib.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.
"Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365