

Məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərinin sayı məlum olub.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərinin 2024-cü ildə 325-i (2023-cü ildə 180-i) qısamüddətli, 34-ü (2023-cü ildə 16-sı) uzunmüddətli olmaqla, ümumilikdə 359 (2023-cü ildə 196) mühafizə orderi icraatda olub. Onlardan 338-i (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib. Keçən il 190 (2023-cü ildə 139) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 12 (2023-cü ildə 3) mühaϐizə orderinin icraatına digər əsaslarla xitam verilib.
28 (2023-cü ildə 14) mühaϐizə orderi “İcra haqqında” qanunun 7 və 9-cu maddələri ilə geri qaytarılıb, 18-i ərazi aidiyyəti üzrə göndərilmiş, 111 (2023-cü ildə 29) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib. Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilmə-məsinə görə məhkəməyə protokol verilməyib.
Uzunmüddətli mühaϐizə orderi üzrə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.