Lənkəranda vətəndaşa əzab verərək çəkiliş aparan şəxslər həbs edilib Hadisə

Lənkəranda vətəndaşa əzab verərək çəkiliş aparan şəxslər həbs edilib

Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakılıq hərəkətlər törədilməsi ilə bağlı məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib. Həmin əməli törətməkdə şübhəli bilinən 2 dost - 39 və 34 yaşlı şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.