

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Ramal kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində MERCEDES" markalı yük avtomobilində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqusunda olan 21 ton yükün 3 tonu yanıb.
Yük avtomobilinin qoşqusu və oradakı yükün böyük hissəsi yanğından mühafizə olunub.