Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb Hadisə

Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb

Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, bu gün 41 ailə (163 nəfər) Bəylik kəndinə köçürülür.

Xatirə Quliyeva bildirib ki, Bəylik kəndindən məcburi köçkün düşəndə 33 yaşı olub: “İndi övladlarımla qayıdıram. Oranın hər daşı, hər qayası mənə əzizdir. Qayıdıb doğma yurdumda yaşamaq istəyirəm. Allah prezidentimizə can sağlığı versin”.

Həsənova Familə isə 3 ildir Laçına gedib gəldiklərini deyib. “Bundan gözəl nə ola bilər? Həsrət qaldığımız yurdumuza qayıdırıq. 3 ildir Laçına gedib gəlirdik. Bu gün isə qismət oldu və öz evimiz bizə verildi”.

Rzayev Umud Allahdan şəhidlərimizə rəhmət diləyərək onların sayəsində el-obalarına qayıtdıqlarını deyib.

Bir digər sakin Nazifə Rzayeva da çox sevincli olduğunu deyib. “Öz doğma yurdumda yaşayacam. Oranı təzədən quracağıq.”

Abışova Qəndab da öz növbəsində dövlət başçısına müvəffəqiyyətlər arzulayıb: “Allah Prezidentimizi qorusun. Onun dəmir yumruğu bizim intiqamımızı aldı, bizi evimizə qaytardı. Bu günə çox şükürlər olsun.”

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb