

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstət fondu Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin baş ofisində 30 dan çox adda kitabın sərgisini keçirdi.
Sərgilənən bütün kitablar Türkdilli Dövlətlərin siyasətinə dəstət fondunun sifarişi ilə Bişkekdə tərcümə və nəşr edilmişdir.
Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin baş direktoru Gülsayra Dandıbayeva çıxış edərək Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.
28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunduğunu dedi. Kitabxanalar şəbəkəsində bu tarixi və əlamətdar gün ilə əlaqədar “28 May - Müstəqillik Günü” adlı sərgidə sərgilənən bütün kitablar kitabxanaya bağışlandı və oxuciların istifadəsinə verildi.
Sərgidə daha sonra çıxış edən QR Milli yazıçılar İttifaqının üzvü, Atatürk mükafatı laureatı Temirbek Toktoqazıyev Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən kitabların, habelə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif nəşrlərin qırğız oxucularının azərbaycan tarixinin öyrənilməsində böyük rolu olacağını bildirdi.
“Xalqa bağışlanan ömürün anları”, Professor Şirməmməd Hüseynovun təqdimatında Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycanda Milli hərəkat”, Türkdilli Dövlətlərin Siyasətinə dəstət fondunun sifarişi ilə tərcümə və nəşr edilən Bəxtiyar Vahabzadənin “Biz bir gəminin yolçularıyıq” kitabı oxucuların xüsusi marağına səbəb oldu. Qeyd edək ki kitabı qırğız dilinə M. Asanaliyev, B. Çoturova və A. İsmayılov tərcümə edib.
Cavid