Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib Hadisə

Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib

Gəncədə güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında başlayan güclü külək şəhər ərazində yerləşən avtomobil emalatxanasının hasarını uçurub. Uçqun nəticəsində iki maşına ziyan dəyib. Orada olan "VAZ 2107" markalı maşın yararsız hala düşüb, "Hyundai" avtomobilinin ön hissəsi əzilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti müşahidə edilir.