2 İyun 2025 10:07
2 352
Kəlbəcərdə traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti normaldır.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, rayonun Susuzluq kəndi ərazisində, kəndarası yolun çəkilişi zamanı "Avtoqreyder" markalı traktorun minaya düşməsi nəticəsində xəsarət alan 32 yaşlı Rəşadət Əsədov Kəlbəcərdə yerləşən xəstəxanada müacilə alır.
Xəsarət alan R.Əsədov sözü gedən tibb müəssisəsində müalicə olunur. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki hadisə ötən gün rayonun Susuzluq kəndində baş verib. Baş vermiş mina partlaması ilə bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372