10 İyun 2025 11:57
2 478
7-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycan təmsil olunacaq.
Bu barədə "APA-Economics"ə "Azərpoçt" MMC-dən bildirilib.
Məlumata görə, konqreslə bağlı Bakıda hazırlıq tədbiri keçirilib.
Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə heyətinin üzvü Elgün Rəsulov təmsil edib.
Qeyd edilib ki, Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.
Konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.
25 Mart 17:27
1 330
25 Mart 15:08
1 344
25 Mart 15:03
1 351