10 İyun 2025 20:53
2 289
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 330
25 Mart 15:08
1 344
25 Mart 15:03
1 351