

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Sözügedən konfrans "İnnovasiya üçün birlikdə, hərkəs üçün inkişaf – Bir Kəmər, Bir Yol üçün Elm və Texnologiya İnnovasiya Birliyinin Birgə Qurulması" mövzusuna həsr edilib.
Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.