11 İyun 2025 22:59
2 303
Astarada bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.
Yaxınları azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372