12 İyun 2025 15:21
2 975
Bakıda Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372