
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi müstəntiqin vəsatətinə baxaraq, Şahin Məmmədali oğlu Lalayev barəsində həbs qətimkan tədbiri seçib.
APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə iyunun 29-da barəsində təyin etdiyi 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılması barədə qərar çıxararaq Lalayevi iyulun 19-na kimi İstintaq təcridxanasına göndərib.
Qeyd edək ki, Lalayev iyunun 26-da, Səfərov qardaşlarına qarşı keçirilən əməliyyatlardan bir gün öncə saxlanılıb. Amma onlar eyni gündə, iyunun 29-də məhkəmə qarşısına çıxarılıb.
İbtidai istintaq orqanları Lalayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, 33-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edib.