Şahbuzda 69 yaşlı qadın göldə boğulub Hadisə

Şahbuzda 69 yaşlı qadın göldə boğulub

Şahbuz rayonunda yaşlı qadın göldə boğulub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı kənddə olan göldə boğulub.

Faktla bağlı araşdırma aparılır.