

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli və Hüseynqulu Sarabski küçələrinin kəsişməsində, açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Xalqcebhesi.az FHN-nə istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.