7 İyul 2025 21:04
2 478
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus istixanada anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı istixana və istixanaya bitişik olan yardımçı tikilinin yanar konstruksiyaları, taxta tullantıları yanıb.
Həmçinin istixananın yaxınlığında olan 300 m² sahədə kol-kos yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan bir neçə ev yanğından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365