Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıb Hadisə

Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıb

Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayevaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.