15 İyul 2025 00:28
2 527
Sumqayıtda 6 gün əvvəl motosikletin vurduğu piyada bu gün xəstəxanada vəfat edib.
APA-nın məlumatına görə, hadisə 2025-ci il iyulun 9-da Sumqayıt şəhəri, Heydər Əliyev prospektinin 26-cı məhəllə ərazisində qeydə alınıb.
Xalid Rasim oğlu Eyvazlının idarə etdiyi motosiklet hərəkətdə olarkən 1967-ci il təvəllüdlü Bahar Həsən qızı Kərimovanı vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada – qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, o, 2025-ci il iyulun 14-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 358