17 İyul 2025 18:54
2 289
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Qurbanov Firudin Alxas oğlu və 2009-cu il təvəllüdlü Cəfərov İzzət Eldəniz oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365