Naxçıvanda avtomobil yanıb Hadisə

Naxçıvanda avtomobil yanıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu Qıvraq qəsəbəsində "Megan" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

APA-nın yerli bürosu xəbər verir ki, dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.
Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və qabaq şinləri yanıb.