20 İyul 2025 20:25
2 632
Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü A. Qasımov idarə etdiyi “KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1988-ci il təvəllüdlü və Eltun Yusibov və 1998-ci il təvəllüdlü Elvin Yusibovdur.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365