22 İyul 2025 18:47
2 317
Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib.
İyulun 21-də saat 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların ineksiyası zamanı anaflaktik şok keçirib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
***
18.29
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında azyaşlı ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib. Azyaşlı bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372