Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub Hadisə

Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub

Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

APA xəbər verir ki, bunlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.

***

03:44

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cəyli kəndində baş verib.

Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbi məlum deyil.

Araşdırma aparılır.