4 Avqust 2025 11:26
1 876
Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 000 manat dəyərində ziyan vurduğu müəyyən edilib. E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib. İstintaq davam etdirilir.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365