Zabrat gölünü bərk və qarışıq süxurlarla dolduran şirkət cərimələnib Hadisə

Zabrat gölünü bərk və qarışıq süxurlarla dolduran şirkət cərimələnib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində “Balaxanı Operating Company” LTD şirkətinin fəaliyyətində qanunsuzlar aşkar edilib.

Bu barədə "APA-Economics"ə SİMDNX-dən bildirilib.

Məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmin qərarına əsasən, “Balaxanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib.