

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
"Baker Tilly Audit Azərbaycan" şirkətində 1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqust 2025-ci il tarixində şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.
Qeyd edilib ki, o, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib.
Fərhad Pərvizi ilə əməkdaşlıq qarşılıqlı anlaşma və peşəkar yanaşma çərçivəsində rəsmi olaraq tamamlanmış, onun şirkətlə olan bütün hüquqi və ictimai əlaqələri, o cümlədən Linkedin profili üzərindən rəsmən sonlandırılıb.
Əmək fəaliyyəti dövründə Fərhad Pərvizinin peşəkar xidmətləri hər zaman yüksək qiymətləndirilmiş və məmnunluqla qarşılanıb:
"Təəssüflə qeyd edirik ki, bu gün bəzi sosial media istifadəçiləri və səhifələri tərəfindən yayılan əsassız və yönləndirilmiş məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Yayılan iddialar həqiqəti əks etdirmir və "Baker Tilly Azərbaycan" bu cür yanaşmaları qərəzli və məqsədli nüfuz zədələməsi kimi qiymətləndirir.
"Baker Tilly Azərbaycan", 18 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərən və beynəlxalq "Baker Tilly" şəbəkəsinin etibarlı üzvü olaraq, vergi, audit, hüquq və məsləhət xidmətləri sahəsində peşəkar tərəfdaş kimi tanınır. Şirkət peşəkarlıq, şəffaflıq və etik dəyərlərə sadiqliyini bu gün də qorumaqdadır və gələcək fəaliyyətində də bu prinsiplərə sadiq qalacaqdır".