MN-in yeyintiyə görə tutulan xidmət rəisinin məhkəməsi keçirilib Hadisə

MN-in yeyintiyə görə tutulan xidmət rəisinin məhkəməsi keçirilib

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.

Proses avqustun 20-də davam etdiriləcək.

Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.